Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyanın hər yerində avtomobil qəzaları baş verir. Bu qəzalarda insanlar həyatlarını itirir, müxtəlif xəsarətlər alır. Bunun səbəbləri də aydındır. Həddindən artıq maşın çoxluğu, intensiv hərəkətlər, sürücülərin təcrübəsiz olması və s. kimi səbəblər. İstənilən halda, qəzanın nə cür baş verməsindən asılı olmayaraq, bu insan amili ilə əlaqəlidir və deməli, qarşısı alına bilinəcək bir hadisədir. Müəyyən qadağalar, məhdudiyyətlər,cərimələr,cəzalandırmalar qəzaların qarşısını qismən alsa da, ümumilikdə bu tədbirlər kifayət deyildir.
Türkiyə də ən çox avtomobil qəzaları baş verən ölkələr sırasındadır.Demək olar ki, hər gün Türkiyənin müxtəlif yerlərində baş vermiş ağır yol qəzalarından xəbərlər eşidirik. Onlarla insan həyatını itirir,xəsarət alır. Belə qəzalar içərində sərnişin avtobuslarının qəzaya uğraması haqqında məlumatlar daha çoxdur.
Bu sonuncu xəbər isə bu gün baş verib. Bir qəzada 14 nəfərin ölümü çox faciəli bir faktdır. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğluna Türkiyədə baş verən qəza ilə bağlı başsağlığı verib. Qardaş Türkiyədə baş verən bu kimi hadisələrə üzülür və kədərlənirik.
Nə baş verir, bu qədər qəzanın səbəbləri nədir?
Bizim fikrimizcə, qəzaların bu cür intensiv hal alması bir neçə amilin təsiri ilə baş verir.
Ola bilsin ki, qəzaya səbəb olan digər amillər də mövcuddur və onların ciddi araşdırmalara ehtiyacı var. İstənilən halda, biz bü cür qəzaların azalmasının tərəfdarıyıq və bu qəzalara səbəb olan amillərin ortadan qaldırılmasını istəyirik. Güclü Türkiyənin güclü, ciddi və məsuliyyətli sərnişindaşınma sahəsi, hər bir insanın mənzil başına sağ-salamat çatdırılması əsas vəzifə olmalıdır.
Şakir QURBANOV