Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Silahlı Qüvvələri (SQ) Ukraynanın müdafiə sənayesi müəssisələrinə, hərbi idarəetmə sisteminə və digər obyektlərə kütləvi zərbələr endirir.
TASS-ın məlumatına görə, bunu çərşənbə axşamı Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu hərbi idarədə keçirilən konfransda deyib.
“Rusiya silahlı qüvvələri Ukraynanın hərbi potensialını darmadağın etmək üçün yüksək dəqiqlikli, uzaqmənzilli silahlarla hərbi komandanlıq sisteminə, müdafiə-sənaye kompleksinin müəssisələrinə, eləcə də onlarla əlaqəli obyektlərə irimiqyaslı zərbələr endirir”, – deyə vurğulayıb.
E.ŞİRİNOV