Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Nəhayət, Qətərdə keçirilən Dünya Çempionatı 2022-də 1/8 final mərhələsi başa çatıb.
Tezadlar.az İTV-yə istinadla bildirir ki, mərhələnin son matçında Avropa təmsilçiləri üz-üzə gəlib. Mundialın 17-ci gününün son duelində Portuqaliya və İsveçrə matçı keçirilib. Pireneylilər İsveçrəni 6:0 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdıran tərəf olub Dünya Çempionatının 1/4 final mərhələsi dekabrın 9-10-da keçiriləcək.
Azərbaycan futbol məktəbinin sorağı “Qarabağ”ın timsalında artıq Avropa çempionatlarından gəlir. Ölkəmizdə bu istiqamətdə kifayət qədər işlər görülməkdə, peşəkar oyunçular yetişməkdədir. Hətta ötən ay yeniyetmələr üzrə futbol komandamız Avropa kubokunu ölkəmizə gətirdilər. Deməli, potensial var, sadəcə, onu faydalı oyunlara çevirmək qalır…
A.Məmmədli