Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Belarus lideri Aleksandr Lukaşenko “Milli Birlik Günü ilə əlaqədar amnistiya haqqında” qanunu imzalayıb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Sənəd dövlət başçısının tapşırığı ilə hazırlanıb, Belarusda penitensiar siyasətin ayrılmaz xüsusiyyəti müxtəlif növ cinayət cəzalarını çəkən şəxslərə qarşı humanizmin təzahürüdür”, – məlumatda deyilir.
Qeyd olunur ki, amnistiya yalnız cəzasını çəkdiyi müddətdə müsbət səciyyələnən və islah yoluna çıxan şəxslərə şamil edilir, terrorçu və ya ekstremist xarakterli cinayətlər törətmiş şəxslərə şamil edilməyəcək.
E.ŞİRİNOV