26 Dekabr 2022 / 10:14

MDB SAMMİTİNDƏ PUTİN, ƏLİYEV VƏ PAŞİNYANIN GÖRÜŞÜ NƏZƏRDƏ TUTULMAYIB

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyə hazırlaşmırlar.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü bildirib ki, “təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli təmaslar baş tutacaq”.

Putinin Tacikistan və Qırğızıstan liderləri Emomali Rahmon və Sadır Japarov ilə görüşü də, Peskovun qeyd etdiyi kimi, planlaşdırılmayıb.

Xatırladaq ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti dekabrın 26-27-də Şimal paytaxtında keçiriləcək. Liderlər ilin yekunlarına yekun vuracaq və gələcək əməkdaşlığı müzakirə edəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!