Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa Parlamenti (AP) sabiq prezident Mixeil Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini təsdiq etməyəcək.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə qanunverici orqanın aparıcı fraksiyasını – Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yatsek Sariuş-Volski özünün tviter səhifəsində yazıb. Onun sözlərinə görə, Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında önəmli məsələlər var: “Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər imperativdir! Bu hallar bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə qalacağı və həbsdə öləcəyi təqdirdə Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ üzvlüyünə səs verməyəcək”, – deyə avropalı parlamentari qeyd edib.
Gürcüstanın siyasi hakimiyyəti isə hələki Saakaşvilinin azad edilməsində maraqlı görünmür.
A.Məmməfli