Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.
Tezadlar.az Ria Novosti-yə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq. Məlumat üçün bildirək ki, ötən gün Rusiya Patriarxı Kirill “Milad bayramı barışığı” ideyası ilə çıxış edib. O, pravoslavların Milad bayramı ərəfəsində və Məsihin doğuşu günündə ibadətdə iştirak etmələri üçün atəşkəs elan olunmasını xahiş edib.
Vladimir Putinin bu qərraı ölkə əhalisi tərəfindən sevinclə qarşılanıb, hərbçi ailələrinin mediadakı rəylərində isə qeyd olunur ki, kaş bu qərar həkişəlik ola, müharibə dayandırıla. Hətta Putinə bu arzularla çoxsaylı teleqramlar da göndərilib…
A.Məmmədli