Əsas məzmuna keç

TÜRKİYƏDƏN DAHA BİR İLK: YENİ DRON SINAQDAN KEÇDİ

Türkiyənin “Baykar” şirkəti daha bir ilkə imza atıb…

Belə ki, şirkət “Bayraktar” havada dövr edə bilən pilotsuz uçan aparatının sınaqlarını həyata keçirib. Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, şirkət bu barədə rəsmi açıqlama yayıb. PUA 8000 fut yüksəkliyə qalxa bilir və bu il istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir. Taktiki pilotsuz uçuş aparatı həm də izləmə və kəşfiyyat toplama işlərini görə bilir. Sosial mediada məlumatlar var ki, Ukrayna bu PUA-ların alınmasında ciddi maraq göstərir. Artıq aidiyyəti qurumlarla danışıqlar da olduğu söylənilir.

Şakir Qurbanov

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…