24 Yanvar 2023 / 09:38

LUKAŞENKO: KİYEV MİNSKƏ TƏCAVÜZ ETMƏMƏK HAQQINDA PAKTI BAĞLAMAĞI TƏKLIF EDİR

Ukrayna tərəfi Belarusa təcavüz etməmək haqqında paktı bağlamağı təklif edir.

Tezadlar.az BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ictimai-siyasi vəziyyət və cinayətkarlığın vəziyyəti ilə bağlı müşavirədə danışıb.

“Ukraynalıların niyə belə etdiyini bilmirəm. Bir tərəfdən bizdən xahiş edirlər ki, heç bir halda Ukrayna ilə döyüşməyək, qoşunlarımız ora getməsin. Onlar təcavüz etməmək haqqında paktı imzalamağı təklif edirlər”, – deyə Lukaşenko bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!