ABŞ Konqres Tədqiqat Xidmətlərinin hesabatında bildirilir ki, ölkə 28 fevraldan bəri İran müharibəsində 81 təyyarəsini itirib və ya birdəfəlik zədələnib.
Tezadlar.az xəbər verir ki, ABŞ Konqres Tədqiqat Xidməti İranla müharibədə təyyarələrə dəyən ziyan barədə hesabat hazırlayıb.
Hesabatda bildirilir ki, ABŞ 28 fevralda İrana hücumlarına başlayandan bəri helikopterlər, təyyarələr və PUA-lar da daxil olmaqla 81 təyyarə ya tamamilə itirilib, ya da daimi ziyan görüb.
Konqres Büdcə İdarəsinin məlumatlarına istinadən verilən hesabatda bildirilir ki, bu zərərin ümumi dəyəri Müdafiə Nazirliyinin əvəzetmə planlarından asılı olaraq 1,9 milyard dollardan 3,3 milyard dollara qədər dəyişir.
ELBAR







