Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Finlandiya Ukraynaya “Leopard” tanklarının tədarükündə iştirak edəcək, lakin respublikanın töhfəsi az olacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Mikko Savola keçirdiyi mətbuat konfransında bildirib.
“”Leopard” tanklarının Ukraynaya verilməsi ilə bağlı beynəlxalq təşəbbüs irəliləyir və Finlandiya bunda iştirak edəcək”, – Savola deyib.
“Finlandiyanın töhfəsi çox böyük və əhəmiyyətli ola bilməz”, – deyə nazir əlavə edib və ölkənin müdafiə resurslarının məhdud olduğunu qeyd edib.
E.ŞİRİNOV