27 Yanvar 2023 / 09:57

PESKOV XHƏ-DƏ İŞTİRAK EDƏN MƏHBUSLARIN ƏFV OLUNMASI İLƏ BAĞLI SUALI CAVABLANDIRIB

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Xüsusi Hərbi Əməliyyatda iştirak edən məhbusların əfv edilməsi proseduru Rusiya qanunlarına uyğun olaraq həyata keçirilir.

“Bilirsiniz ki, açıq fərmanlar var, müxtəlif məxfilik təsnifatı olan fərmanlar var, ona görə də fərmanlar haqqında heç nə deyə bilmərəm”, – Peskov bildirib.

Eyni zamanda, o, əlavə edib ki, əfv proseduru tam şəkildə Rusiya Federasiyasının qanunvericiliyinə ciddi uyğun olaraq həyata keçirilir.

Belə ki, o, əfv olunan şəxslərin xüsusi əməliyyatda iştirakı ilə bağlı əvvəlki açıqlamaları necə şərh edə biləcəyi sualına cavab verib.

Daha əvvəl Peskov bildirib ki, ABŞ prezidenti Co Bayden münaqişəni dayandırmaq üçün Kiyev rejiminin “açarından” istifadə etmək istəmir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!