Bu ilin ilk doqquz ayı ərzində ölkədə 13,8 min iş yeri bağlanıb.
Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bağlanmış iş yerlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 min iş yeri və ya 68,3% artıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayı ərzində ölkədə 8,2 min iş yeri bağlanmışdı.
Qeyd edək ki, bu ilin doqquz ayı ərzində ölkədə 79,5 min yeni iş yerləri açılıb. Ötən ilin eyni dövründə bu rəqəm 77,7 min iş yeri idi – illik artım 1,8 min yeni iş yeri və ya 2,3% olub.







