25 Fevral 2023 / 08:50

KRIMDA UKRAYNA BAYRAĞI DALĞALANDI-İNANILMAZ

Rusiyanın 2014- cü ildə işğal etdiyi Krım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb…

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu görüntülər Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında da yayımlanıb. Məlumatda qeyd edilir ki, Ukrayna  bayrağı Naximov meydanındakı tikililərin birində asılıb.

Rusiyanın hərbi komandanlığı hələki bu görüntülərə münasibət bildirməyib. Lakin bəzi rus blogerlər xəbər yayıblar ki, guya bu görüntülər 2014-cü ildən əvvələ aiddir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!