23 Avqust 2021 / 07:07

ERMƏNİLƏR İŞĞAL ALTINDAKI KƏNDLƏRİMİZDƏN EVAKUASİYA EDİLİR

Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.


TEZADLAR.AZ publika.az-a istinadən xəbər verir ki, Tavuş qubernatoru Hayk Galumyan avqustun 19-da evakuasiya ilə bağlı qərar qəbul edib.

Qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.

Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!