5 Mart 2023 / 08:05

USQ-NİN BRİTANİYADA TƏLİM KEÇMİŞ DÖYÜŞÇÜLƏRİ ZAPOROJYEYƏ YERLƏŞDİRİLİB

Son günlər Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) Böyük Britaniyada təlim keçmiş minlərlə döyüşçünü Zaporojye vilayətinin Kiyevin nəzarətində olan ərazilərinə yerləşdirib.

Bu barədə martın 5-də RİA Novosti-yə müsahibəsində “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov bildirib.

“Son günlərdə Britaniyada təlim keçmiş 3,5 minə yaxın ukraynalı yaraqlı Zaporojye şəhərinə gəlib”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, ukraynalı hərbçilərin Britaniya ərazisində keçdiyi təlim kursu 3,5-4 həftəyə hesablanıb. Roqov başqa təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Roqov Zaporojye şəhərində güclü partlayış barədə məlumat vermişdi. Onun sözlərinə görə, partlayış martın 4-də baş verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!