8 Mart 2023 / 07:26

SEUL HAUBİTSALARIN POLŞADAN UKRAYNAYA TƏDARÜKÜNƏ İCAZƏ VERDİ

Koreya Respublikası Hökuməti Ukraynaya Cənubi Koreya komponentləri olan Krab haubitsalarının tədarükü üçün Polşaya ixrac lisenziyalarını təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə günü Reuters agentliyinə Cənubi Koreyanın Müdafiə Təchizatları Proqramı Administrasiyasının (MTPA) rəsmisi bildirib.

“Biz MTPA daxilində bütün sənədləri və mümkün məsələləri nəzərdən keçirdik, sonra Polşaya ixrac lisenziyası verməyə qərar verdik”, – o deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!