26 Avqust 2021 / 12:01

MƏHKƏMƏ FACEBOOK, TWİTTER VƏ WHATSAPP-I CƏRİMƏLƏDİ

 “Roskomnadzor” (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) saytının

verdiyi məlumata görə, Moskva məhkəməsi Rusiya Federasiyasında istifadəçi məlumatlarını lokalizasiya etməkdən dəfələrlə imtina etdiyi üçün Facebooku 15 milyon rubl cərimələyib. Həmçinin Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya Federasiyasındakı serverlərdə rusların şəxsi məlumatlarını lokallaşdırmaqdan dəfələrlə imtina etdiyi üçün Twitter -ə  də 17 milyon rubl cərimə kəsilib. Eyni səbəbə görə WhatsApp messencerini  də 4 milyon rubl cərimələyib.

Xatırladaq ki, bir müddət öncə Moskva məhkəməsi “Google” şirkətini də qadağan edilmiş məzmunla bağlı qaydalarını pozduğuna görə 14 milyon rubl (190.398 dollar) məbləğində cərimələdiyi barədə informasiya yayılmışdı.

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!