Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da məişət zorakılığı vardır…
Bəzən mediada və sosial şəbəkələrdə məişət zorakılığından söz düşəndə dərhal qadınlar yada düşür. Təcrübə və kriminal statistika isə sübut edir ki, məişət zorakılığının qurbanları həm də kişilərdir… Bölgələrdə, Bakıda qadınlar tərəfindən döyülən, küçəyə atəılan, öldürülən, bıçaqlanan kişilər azmıdır?
Təbii ki, bu zorakılığın daha böyük faizlə qurbanları qadınlardır. Bəs niyə qadınlar daha çox məişət zorakılığına məruz qalırlar? JKişilər güclüdürmü, yoxsa qadınlar zəif???
***
BU DA JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ ELANI
Müsabiqədə mövzu seçimi də diqqəti cəlb edir…
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi jurnalistlər arasında “Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları” mövzusunda məqalə müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi məişət zorakılığına qarşı mübarizədə jurnalistlərin rolunun güclənməsinə və məlumatlılığının artmasına nail olmaqdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 15 aprel – 15 may 2023-cü il müddətində dərc olunmuş məqalənin on-line variantının linkini, əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını, əlaqə telefonları və e-mailləri, özləri haqqında qısa məlumatla birlikdə ruhen40@gmail.com e-mail ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.
Müsabiqənin şərtləri:
Qiymətləndirmə meyarları:
Müsabiqəyə tədim olunan məqalələr münsiflər heyəti tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Qaliblər aşağıdakı şəkildə mükafatlandırılacaq:
1-ci yerin qalibi – 1000 AZN;
2-ci yerin qalibi – 800 AZN;
3-cü yerin qalibi – 700 AZN
Müsabiqə ilə bağlı əlavə məlumatlar üçün 050 322 58 08 nömrəsinə müraciət etmək olar.
Qaliblərin adları 25 may 2023-cü il tarixədək açıqlanacaq.
***
Təzqdim etdi: JASMİN