11 Aprel 2023 / 13:28

AMERİKALI KƏŞFİYYATÇI RUSİYANIN ABŞ ÜZƏRİNDƏ QƏLƏBƏSİNİ PROQNOZLAŞDIRIB

Hazırkı münaqişə daha da gərginləşərsə, ABŞ Ukraynada Rusiya ilə toqquşmada uduzacaq. Hadisələrin bu cür inkişafını MKİ-nin keçmiş analitiki Raymond McGovern proqnozlaşdırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

“Ukraynada daha da gərginləşmə bizim qələbəmizə gətirib çıxarmayacaq, lakin bu, nüvə müharibəsinə səbəb ola bilər”, – amerikalı kəşfiyyatçı deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!