Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan Mətbuat Şurası “fake news”ların qarşısını almaq üçün tiktokla əməkdaşlıq etmək niyyətindədir.
Bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, bununla bağlı qurumda sosial şəbəkənin Azərbaycan ilə əlaqələndiricisi Emin Axundovla görüş keçirilib və müzakirələr aparılıb.
Müzakirələr zamanı dezinformasiyaların və “fake news”ların qarşısının alınması istiqamətində tiktokun tətbiq etdiyi əks tədbirlər nəzərdən keçirilib, həmçinin tiktokda cəmiyyətimiz üçün faydalı kontentin yaradılması haqda fikir mübadiləsi aparılıb.
TEZADLAR.AZ