Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Sentyabr 2021 / 16:17

BAŞ QƏRARGAH RƏİSİ ANKARADAKI HEYDƏR ƏLİYEV PARKINI ZİYARƏT EDİB

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini

– Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Müdafiə Nazirliyinin məlumatına görə, general-leytenant Kərim Vəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.
Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.
Səfər sentyabrın 14-dək davam edəcək.

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!