27 İyun 2023 / 07:19

MEŞƏDƏ YANAN BAĞLAMANDAN İNSAN BAŞI TAPILIB

Leninqrad vilayətində bir kişi itlə gəzərkən içərisində insan başı olan yanan bağlama aşkar edib.

Məlum olub ki, hadisə iyunun 26-da günorta saatlarında Dranişniki kəndindən 800 metr aralıda baş verib.

“Kişi tüstülənən çantanı söndürməyə çalışarkən çantadan insan başı çıxıb”, – mənbə bildirib.

Daha sonra çantanı tapan şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Onlar parçalanmış cəsədin digər qalıqlarını tapıblar. Cəsədin qalıqları ekspertizaya göndərilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!