Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Sentyabr 2021 / 07:12

FRANSA-ABŞ BÖHRANI NATO-NUN KONSEPSİYASINI DƏYİŞƏ BİLƏR

Fransa və ABŞ münasibətlərindəki böhran NATO-nun yeni strateji konsepsiyasının müəyyənləşməsinə güclü təsir göstərir.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Bununla belə, Jan-İv Le Drian bunun Fransanın NATO-dan çıxmasına səbəb olmayacağını söyləyib: “Fransa Prezidentinin xahişi ilə NATO konsepsiyası ilə bağlı müzakirəyə başlayıb. NATO-nun Madriddə keçiriləcək növbəti sammitində yeni strateji konsepsiyası üzərində iş aparılacaq”.

Qeyd edək ki, bundan əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq (AUKUS) sənədi imzalayıb. Eyni zamanda Avstraliya 90 milyard dollar dəyərində 12 ədəd “Barracuda” tipli sualtı hücum qayığının alınması ilə bağlı Fransanın “Naval Group” şirkəti ilə bağladığı razılaşmadan imtina etdiyini açıqlayıb. Fransa xarici işlər naziri bunu arxadan vurulan zərbə kimi dəyərləndirib.

Rəsmi Paris həm də tarixdə ilk dəfə ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmə üçün geri çağırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!