2 Avqust 2023 / 08:54

ABŞ-DA “ATATÜRK” SERİALININ YAYIMI ERMƏNİ LOBBİSİ TƏRƏFİNDƏN ƏNGƏLLƏNDİ

Ömər Çelik: Bu şəbəkələrə baş əyənlər utansın”.

Ədalət və İnkişaf Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik mərkəzi qərargahı ABŞ-da yerləşən serial/film platforması tərəfindən “Atatürk” serialının ləğv edilməsinə reaksiya verib.

TEZADLAR.AZ xəbər verir ki, Ö.Çelik sosial media hesabındakı paylaşımında bunları deyib:

“Amerikada yerləşən bir serial/film platformasının erməni lobbisinin təzyiqinə baş əyməsi və “Atatürk” serialını yayımlanmadan imtina etməsi utancvericidir.

Sözügedən platformanın bu münasibəti Türkiye Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir.

Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir. Bu lobbinin yeganə məqsədi dəfələrlə göründüyü kimi Türkiye-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaqdır. Bu şəbəkələrin fəaliyyətinin Atatürkdən və Türkiyə Cümhuriyyətindən əvvəl heç bir təsiri yoxdur. Bu şəbəkələrə baş əyənlər utansın”.

TRT

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!