2 Avqust 2023 / 17:54

GÜRCÜSTANDA YANACAQ BAHALAŞDI – SƏBƏB İSƏ…

Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində yenidən artım müşahidə olunur.

TEZADLAR.AZ xəbər verir ki, əksər yanacaqdoldurma məntəqələrində 10-15 tetri benzinin qiyməti artıb. Tanınmış yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 2,85 – 2,90 lari, “Regular” isə 2,60 – 2,70 lari arası dəyişir.

Gürcüstanda yanacağın qiymətlərinə gəlincə, hazırda müxtəlif kompaniyalar müştərilərə aşağıdakı qiymətləri təklif edir: Socar: ● Nano Super – 3.54 lari; ● Nano Premium – 2.86 lari; ● Nano Euro Regular – 2.62 lari; ● Euro 5 Diesel – 2.89 lari; ● Nano Euro 5 Diesel – 3.06 lari; ● LPG – 1.80 lari; ● CNG təbii qaz – 1.60 lari. Lukoil: ● Premium Avangard – 2.78 lari; ● Euro Regular – 2.50 lari; ● Euro Disel – 2.90 lari. Rompetrol: ● Efix Super – 3.65 lari; ● Efix Euro Premium – 2.87 lari; ● Avro Regular – 2.65 lari; ● Efix Euro Dizel – 3.12 lari; ● Avro Dizel – 3.07 lari. Gulf: ●Force Super – 3.65 lari; ●Force Premium – 2.95 lari; ●Forcea Euro Regular – 2.75 lari; ●Euro Regular – 2.65 lari; ●Force Euro Dizel – 2.99 lari; ●Euro Dizel – 2.89 lari; ●Təbii qaz – 1.69 lari.

Qeyd edək ki, ekspertlər qiymət artımının ölkədaxilində dolların bahalaşması və larinin dəyər itirməsi ilə əlaqələndirirlər.

24 news.ge

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!