Əsas məzmuna keç

Qazla işləyən kombilərin ömrü sona çatır – elektrik istilik nasoslarına keçiləcək…

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək.

Tezadlar.az  xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb

Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid hədəfi müəyyənləşib. Bütün yeni binalar üçün elektrik istilik nasoslarının olması ilə bağlı qaydaların müəyyən edilməsi, istilik nasoslarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik istilik nasoslarının quraşdırılmasınn təşviqi də nəzərdə tutulan tədbirlər siyahısındadır.

Ümumilikdə, bütün binalarda 2060-cı ilə qədər elektrikli istilik nasoslarının payının 100%-nə nail olunması təmin edilməlidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…