Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Almaniya hakimiyyəti may ayında Ukraynaya vəd etdiyi hərbi yardım paketinin çatdırılmasını gecikdirir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Welt” qəzeti yazır.
Nəşr xatırladır ki, yazda Berlin 2,4 milyard avro məbləğində hərbi yardımın yeni tranşını elan edib. Ən qısa zamanda silahların çatdırılacağı vəd edilib, lakin bu günə kimi “Ukrayna bundan az şey əldə edib”.
Belə ki, Ukrayna Silahlı Qüvvələri 110 “Leopard” tankından cəmi 10-unu alıb. 20 “Marder” zirehli texnikasından heç biri də göndərilməyib. 18 “Gepard” özüyeriyən zenit silahından 12-si, həmçinin, Ukrayna təhvil verilmiş iki raketdən əlavə dörd IRIS-T raketdən müdafiə sistemi göndərilməyib.
TASS-ın məlumatına görə, Almaniya ABŞ-dan sonra ikinci silah tədarükçüsüdür. Almaniyadan hərbi, maliyyə və humanitar yardımın ümumi məbləği il yarım ərzində demək olar ki, 17 milyard avroya çatıb.
E.ŞİRİNOV