Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskvanın qərbində bir mənzildə üç ilə yaxın orada yatmış qadının mumiyasını tapıblar. Vəziyyətlə tanış olan REN TV mənbəsinin verdiyi məlumata görə, Malaya Filevskaya küçəsindəki evlərdən birində dəhşətli tapıntı aşkarlanıb.
“Avqustun 31-i günorta saatlarında sahibləri ilə uzun müddət əlaqə saxlanmayan mənzil açılıb. İçəridə qadının mumiyalanmış meyiti tapılıb”, – mənbə bildirib.
Meyitin 1944-cü il təvəllüdlü mənzil sahibinə məxsus olduğunu müəyyən etmək mümkün olub. Onun ölüm səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək. Mumiyanın tapılması ilə bağlı araşdırma aparılır.
Bundan əvvəl Moskvanın Varşavskoye şossesindəki mənzildə beş ilə yaxın orada yatmış yaşlı qadının mumyasının tapıldığı bildirilirdi.
E.ŞİRİNOV