Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Övladım Vətən müharibəsində şəhid olub. Hal-hazırda mən dövlət məktəbində müəllim işləyirəm. Bilmək istəyirəm ki, mənə münasibətdə hər hansı vergi güzəşti nəzərdə tutulubmu?
TEZADLAR.AZ xəbər verir ki, Dövlət Vergi Xidməti sualı cavablandırıb:
“Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 800 manat məbləğində azadolma tətbiq edilir”, – deyə xidmət açıqlayıb..