Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirib. E.Həsənov özünü təqsirli bilmədiyini deyib və prokurorun epizodlar üzrə suallarını cavablandırıb. Sual-cavabdan sonra məhkəmə təqsirləndirilən şəxsin vəkillərinə söz verib. Müdafiəçilər indiki mərhələdə təqsirləndirilən şəxsə suallarının olmadığını söyləyiblər. Hakim bildirib ki, proses şahid ifadələri ilə davam etdiriləcək. Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.