14 Sentyabr 2023 / 16:14

ARVADINI BOĞUB ÖLDÜRDÜ VƏ TƏSLİM OLDU

Bakıda həyat yoldaşını boğaraq öldürən şəxsə cinayət işi açılıb.

Bu barədə “Təzadlar”a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, bu gün sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!