Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gücı saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki
erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Tezadlar.az xatırladır ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Görünür, ermənilər burnu ovulanadək belə əməllərindən geri çəkiləsi deyillər. Və bu həm də o vaxtadək davam edəcək ki, Rusiya sülhməramlıları da erməniməramlılıqdan geri çəkilsin, bölgəyə sülh yaratmağa gəldiyini ortaya qoysun. Yoxsa, onlar da ATƏT-in Minsk Qrupu kimi arxivı gömüləcək, Azərbaycan ərazilərindən çıxıb gedəcəklər.
A.Məmmədli