21 Sentyabr 2023 / 16:55

BAŞ PROKURORLUQ ERMƏNİ TƏXRİBATI İLƏ RUS HƏRBÇİLƏRİNİN ÖLÜMÜNƏ AYDINLIQ GƏTİRDİ

Ötən gün qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb.

Bu barədə “Təzadlar” a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!