Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Sentyabr 2021 / 03:33

YAPONIYADA FöVQəLADə VəZIYYəT LəğV EDILDI

“RİA Novosti” nin verdiyi xəbərə görə, Yaponiyada koronavirusa görə sentyabrın 30-dək qüvvədə olan fövqəladə rejim tamamilə ləğv edilib.

Hazırda fövqəladə rejim ölkənin 47 prefekturasından 19-da keçərlidir.

Digər 8 əyalətdə koronavirusla mübarizə üçün daha yumşaq məhdudiyyətləri nəzərdə tutan gücləndirilmiş tədbirlər rejimi mövcuddur.

Demək olar ki, bütün prefekturalarda yoluxanların, ağır vəziyyətdə olanların sayı, tibb müəssisələrinin yükü 30 sentyabrdan sonra məhdudiyyətlərin götürülməsinə imkan verən səviyyəyə enib.

Fövqəladə rejimin ləğv edilməsinə baxmayaraq, yumşaldıcı tədbirlərin tədricən tətbiq ediləcəyi ehtimal olunur.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!