Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

CBS-nin verdiyi xəbərə görə, ABŞ-ın Nyu-Cersi ştatının Vaynlənd şəhərində bütün dövlət məktəblərində kütləvi atışma təhlükəsi ilə bağlı məlumatlara görə bağlanıb.
Distant dərslərin də keçirilmədiyi qeyd olunur. Vaynlənd məktəblərindən birində baş verə biləcək hücumla bağlı sosial mediada xəbərlər yayılıb. Şəhər rəhbərliyi həddindən artıq ehtiyatlılıq səbəbindən bu addımın atılması lazım olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 20-də ABŞ-ın Virciniya ştatında yerləşən məktəblərdən birində atışma baş verib. 15 yaşlı məktəbli iki nəfəri yaralayıb.