28 Oktyabr 2023 / 05:59

İSRAİL GECƏ ƏRZİNDƏ QƏZZANIN ŞİMALINDA 150 YERALTI HƏDƏFİ VURUB

İsrail Müdafiə Qüvvələri (İMQ) gecə ərzində Qəzza zolağının şimalında tunellər və digər yeraltı infrastruktur da daxil olmaqla 150 yeraltı hədəfə zərbələr endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi Telegram kanalı məlumat yayıb.

“Gecə ərzində İMQ döyüşçüləri Qəzza zolağının şimalında terrorçuların tunelləri, yeraltı döyüş obyektləri və əlavə yeraltı infrastruktur da daxil olmaqla 150 yeraltı hədəfə zərbələr endirib”, – deyə məlumatda bildirilir.

Departament bir neçə HƏMAS tərəfdarının ləğvindən də danışıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!