28 Oktyabr 2023 / 09:02

İSRAİL HUMANİTAR YARDIM APARAN YÜK MAŞINLARINI QƏZZAYA BURAXACAQ

Oktyabrın 28-də İsrail dərman, qida və içməli su daşıyan yük maşınlarını Qəzza zolağının cənubuna buraxacaq.

Tezadlar.az bildirir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.

“İsrail şənbə günü ərzaq, su və dərman olan yük maşınlarının Qəzza zolağına gəlməsinə icazə verəcək”, – o deyib.

“Biz zolağın cənubuna köçən Qəzzanın mülki əhalisinə humanitar yardımı artırırıq. Biz su, yanacaq və ərzaqla 10 yük maşınına icazə verəcəyik ki, hazırda onları yoxlayırıq”, – ordu sözçüsü izah edib.

Həcəri İsrail ordusunun Qəzza zolağının şimalındakı sakinlərin humanitar yardıma çıxışı olan anklavın cənub hissəsinə köçməyə çağırışını təkrarlayıb.

“Bu məkanda (Qəzza zolağının cənubunda – RED.) olanlar yemək, su və dərman alacaqlar”, – o əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!