13 Noyabr 2023 / 08:17

BU TELEKANAL İSRAİLDƏ QADAĞAN EDİLİB

İsrailin rabitə naziri Şlomo Karhi Livanın “Al Mayadeen” telekanalının yəhudi dövlətində yayımının dayandırılması haqqında fərman imzalayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, sənəd İsrail Təhlükəsizlik Kabinetinin hökumətə xarici xəbər telekanallarının hərəkətləri ölkənin milli təhlükəsizliyinə zərər vurduğu təqdirdə onların yayımını bağlamasına icazə verən qaydaları təsdiqlədikdən sonra imzalanıb.

“Kan” qeyd edir ki, hazırda Qətərin “Əl-Cəzirə” telekanalına qarşı oxşar aksiyalar planlaşdırılmır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!