MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Abşeron Rayon Polis İdarəsinə Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusunda
bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısının, həmin bank kartından isə hesabındakı 310 manatının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TEZADLAR.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.