Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Sentyabrın 7-də Biləsuvar rayon sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan Tezadlar.az-a verilən məlumata görə, istintaqla Oqtay Soltanovun həmin tarixdə Biləsuvar rayonunun Bəydili kəndi ərazisində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.