Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu dəqiqələrdə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilir.
TEZADLAR.AZ xəbər verir ki, müğənnini son mənzilə yola salmağa mədəniyyət və incəsənət xadimləri, yaxınları, sevənləri gəlib.
Vida mərasimi saat 13:00-dək davam edəcək, sonra isə Aygün Bəylər Suraxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.
Xatırladaq ki, Azərbaycanın əməkdar artisti Aygün Bəylər iki gün öncə – 6 yanvar tarixində Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, bir müddət idi ki, ağır xəstəlikdən müalicə olunurdu.