12 Yanvar 2024 / 12:47

İSRAİL BMT MƏHKƏMƏSİNDƏN QƏZZADAKI SOYQIRIMLA BAĞLI MÜHAKİMƏNİ DAYANDIRMAĞI XAHİŞ EDİB

İsrail Beynəlxalq Ədalət Məhkəməsindən Cənubi Afrikanın Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın pozulması ilə bağlı qaldırdığı iddiaya baxmaqdan imtina etməyi xahiş edir.

Bunu yəhudi dövlətini təmsil edən vəkil Gilad Nuh dinləmədə deyib.

Təqdim olunan arqumentləri nəzərə alaraq, İsrail BMT məhkəməsindən “iddiaçı tərəfindən irəli sürülən qabaqlayıcı tədbirlər tələbindən imtina etməyi” və “işin baxılmasından geri çəkilməsini” xahiş edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!