Xalq Artisti Alim Qasımov müğənni Pünhan Piriyevin toy məclisində iştirak etmək üçün 15 min manat pul istəyib.
Bunu Pünhan Piriyev sosial şəbəkədə etdiyi video paylaşımda açıqlayıb.
“Mən kiminsə haqqında yalan danışmıram. Böyük hörmətim var şəxsiyyətinə, özünə. Gələndə ayağa qalxıram. Sənətkardı. Sinfində də olmuşam, qulaq da asmışam. Kasetlərini dinləmişəm… Qohumlarının toylarında da iştirak etmişəm… Sadəcə olaraq mənə pis təsir edən odur ki, deyərdi ki, gəlib təbrik edərəm, bir tikə çörək yeyib, çay içib gedərəm… Yenə də hörmətini edərdim. Özü də bilir ki, ona çox dəyər verirəm. Zəng edən kimi həmişə mənə “Pünhan bala, necəsən?” deyir. Çünki məni tanıyır. Mənə “15 min manat oxumağı” pis təsir etdi. Dedim, Allah işinizi avand etsin. Yaxşı ki, mən bu toyu etdim və bəzilərini tanıdım… , – deyə müğənni Pünhan Piriyev bildib.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Pünhan Piriyev özünə çoxsaylı qonaqların iştirak etdiyi və hələ də gündəmdən düşməyən toy məclisi edib. Toy məclisində bir çox tanınmış şəxslər iştirak ediblər.
JASMİN







