Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi kəskinləşməyə başlayandan bəri Qəzza zolağında azı 24 100 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, ümumilikdə 60 834 nəfər zərər çəkib. Bildirilir ki, son 24 saat ərzində Qəzzada İsrail ordusunun hərəkətləri nəticəsində 132 nəfər ölüb, daha 252 nəfər yaralanıb.
Bəyanatda qeyd olunub ki, çoxlu sayda ölənlərin cəsədləri hələ də Qəzzanın mərmiləri nəticəsində dağılan binaların dağıntıları altında və yollarda qalır. Xilasedicilər və yerli mülki müdafiə xidmətinin nümayəndələri onlara çata bilmir.
E.ŞİRİNOV