26 Yanvar 2024 / 13:06

BAYDEN “YOLDAN ÇƏKİLMƏYƏ” ÇAĞIRILDI

Texas leytenant-qubernatoru Den Patrik ABŞ prezidenti Baydeni Texas təhlükəsizlik qüvvələrinin “yolundan çəkilməyə” çağırıb.

Bu barədə “The Newsweek” yazır.

Patrikin fikrincə, ABŞ prezidenti sərhədi qeyri-qanuni mühacirlərdən qorumaqla “əyalət hüquq-mühafizə orqanlarına öz işlərini görməyə imkan verməlidir”.

“Bayden administrasiyasının edə biləcəyi ən böyük səhv, Amerika xalqının bizdən gözlədiyi işi görəndə sərhədimizdə hüquq-mühafizə orqanları, ordumuz, Milli Qvardiyamızla qarşılaşmaqdır”, – o deyib.

Patrikin açıqlamalarına səbəb federal səlahiyyətlilərin belə bir tədbirin “qəddarlığı və qeyri-insaniliyi” səbəbindən ABŞ-Meksika sərhədində quraşdırılmış tikanlı məftillərə elektrik verən naqili kəsə biləcəyi barədə xəbərlər olub.

Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Nikki Heyli qanunsuz immiqrasiya ilə mübarizədə Texası dəstəkləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!