19 Fevral 2024 / 10:15

BAKIDA VƏ ABŞERON YARIMADASINDA TOZUN MİQDARI NORMADAN 2 DƏFƏ ÇOXDUR

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

O, qeyd edib ki,  havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!