Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yük avtomobilindən külli miqdarda pul oğurlanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
“Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”, – deyə o qeyd edib.