Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2017-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.