Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dünən axşam uşaqlarla ölümdən döndük. Jurnalistlər binası II-də A blokunun lifti 10-cu mərtəbəyə çatandatitrəməyə başladı və qəflətən sürətlə 9-cu mərtəbəyə endi.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə binanın sakini, jurnalist Elnur Məmmədli sosial media hesabında bildirib.
“Bir anlıq gözümün qarşısına lift faciələri haqda yazdığım, oxuduğum xəbərlər gəldi. Yaxşı ki, dayandı. Uşaqların çığırtısı hələ də qulaqlarımdadır. Problem təcili həll edilməsə, o liftdə yaxın günlərdə hadisə baş verəcəyini gözləyirəm. Aidiyyatı qurumların təcili tədbir görməsinə ehtiyac var”, – deyə o, qeyd edib.
P.S. Qeyd edək ki, Elnur Məmmədli sonradan komendatın telefon nömrəsini tapdığını və həmin liftin təmir üçün dayandırıldığını da yazıb.
JASMİN